Dünyadan

“Qarabağ” – “Molde” matçına nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” “Molde”ni qəbul.edəcək.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək matç üçün satışa çıxarılan biletlərdən 12500-ü artıq satılıb.

Qeyd edək ki, matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

“İticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Qeyd edək ki, sentyabrın 21-də oynanılacaq görüş saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43