Kateqoriyasız

“Qarabağ” yeni sezon üçün ilk transferini etdi

Yayda ölkəmizi Çempionlar Liqasında təmsil etməsi şübhə doğurmayan “Qarabağ” yeni mövsümün transfer çalışmalarına start verib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu artıq ilk transferini reallaşdırıb.

“Rəvan”ın yetirməsi Əlibəy Məmmədli “köhlən atlar”la anlaşıb. 1997-ci il təvəllüdlü yarımmüdafiəçi “Qarabağ”la üçillik müqavilə imzalayıb. Son illərin dəyişməz çempionu onun üçün qarşı tərəfə 5000 manat kompensasiya ödəyəcək.

Sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43