Kateqoriyasız

“Qarabağ”a Türkiyədən maneə

“Qarabağ”ın heyətinə qatmağa çalışdığı Momo Yansane Türkiyənin “Rizəspor” klubunun da maraq dairəsinə düşüb.

İdmanxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Şerif”də çıxış edən qvineyalı hücumçu ilə razılıq əldə olunduğu bildirilir. Hətta bu transferdə xırda detalların qaldığı və onun da yaxın günlərdə tam olaraq həll olunacağı bildirilir.

Qeyd edək ki, “Qarabağ” İbrahima Vadjini “Sen Etyen”ə verdikdən sonra Yansane transferində fəallıq nümayiş etdirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43