Dünya futbolu

“Qarabağ”da oynamağı magistratura oxumağa bənzədirəm” – Ansi Aqolli

“Qarabağ”dan ayrılaraq Amerikanın “Nyu-York Kosmos” klubuna transfer olunan  Ansi Aqolli ABŞ klubunun saytına müsahibə verib. O, “Qarabağ”da oynadığı illərdə çox şey öyrəndiyini bildirib:

“Mən bunu magistraturada oxumaqla müqayisə edərdim. Orada oynayaraq çox şey öyrəndim. Xüsusilə məşqçi və kapitandan. “Qarabağ”da biz hər şeyə sıfırdan başladıq, ildən-ilə yüksəldik. Çətin günləri xatırlayıram. Çünki adətən o vaxtlar daha çox öyrənirsən.

Mən “Qarabağ”da yaxşı anlar  yaşadım. Çempionluq, ilk Avropa Liqası, həmçinin Çempionlar Liqası – bu, tortun üstündə albalı kimidir. “Çelsi” və “Atletiko”ya qarşı oynamaq çox həyəcanlı idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43