Ölkə futbolu

“Səbail”dən qeyri-peşəkarlıq

Bir neçə gün öncə “Səbail” klubu ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adını dəyişdirərək “ASCO Arena” olduğunu açıqlamışdı. Ancaq buna rəğmən hələ də Peşəkar Futbol Liqasının rəsmi saytında həftəsonu  “Səbail”in evdə “Neftçi”ni qəbul edəcəyi matçın “Bayıl Arena”da oynanacağı qeyd olunub.

İdmanxeber.az-a Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Səbail” klubu stadionunun adını dəyişdiyini açıqlasa da, müvafiq qruma heç bir rəsmi sənəd və müraciət etməyib. Bu səbəbdən da qrumun rəsmi saytında hələ də “Səbail”in ev oyunlarının keçirdiyi stadionun adı “Bayıl Arena” kimi göstərilir.

Qeyd edək ki, “Səbail” – “Neftçi” qarşılaşması aprelin 14-ü saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43