Dünyadan

“Qarabağ”dan 6 xal alınmalıdır”

 “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK-un Yunanıstan çempionatındakı son matçı klubun sahibi İvan Savvidisi qane etməyib. 


İdmanxeber.com-un məlumatına görə, Savvidis futbolçularla görüşdə Super Liqanın VII turunda “İraklis”lə matçda nəticədən narazılıq bildirib: “İraklis”lə oyunun fasiləsində hesab 4:0 olmalı idi. Amma biz cəmi 1:0 hesablı qələbə qazandıq. Saysız-hesabsız qol imkanlarından yararlana bilmədik. Bu problemi yoluna qoymaq lazımdır. Baş məşqçi bunun təhlilini aparıb, komandadakı çatışmazlığı aradan qaldırmalıdır”.   


PAOK-un sahibi futbolçulara qarşıdakı oyunlarla bağlı tapşırıq da verib. OYunanıstan çempionatında “Olimpiakos” və AEK-lə görüşlərdə uğurlu nəticə, “Qarabağ”la iki oyunda isə 6 xal toplamağı komandanın qarşısına hədəf qoyub.  Avropa Liqasının III turu çərçivəsində oktyabrın 20-də “Qarabağ”ın qonağı olacaq PAOK noyabrın 3-də Ağdam təmsilçisini qəbul edəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43