Dünya futbolu

“Qarabağ”ın rəqibində ciddi itki

Bundesliqanın V turunda “Frayburq” səfərdə “Bayer”lə qarşılaşır.

İdmanxeber.az-ın məlumatına görə, görüşün beşinci dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Rolland Şallai ciddi zədə alıb. Rəqəbin zərbəsi sonrası gözündən xəsarət alan oyunçu meydanı xərəkdə tərk edib.

Macarıstan millisinin futbolçusu “Frayburq”un əsas oyunçularından sayılır. Şallai cari mövsüm komandanın heyətində 6 oyun keçirib və bir qol vurub. Onun qarşıdakı matçlarda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.

Qeyd edək ki, “Frayburq” növbəti görüşünü sentyabrın 8-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək. Avropa Liqasının qrup mərhələsinin bu oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43