Ölkə futbolu

“Qarabağ”ın surprizi – FOTO

Avroliqanın qrup mərhələsində “Sent-Etyen”i qəbul edən “Qarabağ” klubu 18 sentyabr dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ad günü münasibəti ilə möhtəşəm surpriz hazırlayıb.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhramov adına stadionda böyük bir Azərbaycan bayrağı dalğalandırılıb və Üzeyir Hacıbəyovun məşhur əsəri olan “Koroğlu Uverturası” səsləndirilib.

Foto qafqazinfo.az saytına məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43