Kateqoriyasız

“Qarabağ”ın yeni transferi “Sürix”ə qarşı oynaya biləcək?

“Qarabağ” “Sürix”lə oyunun hazırlıqlarını davam etdirir.

Xəbər verdiyimiz kimi Ağdam klubu oyun öncəsi heyətini daha bir futbolçu ilə gücləndirib. “Köhlən atlar” Julio Romaonu heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanıb. O, komandada 6 nömrəli formayla çıxış edəcək.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz braziliyalı futbolçunu “Sürix”lə oyunlar üçün sifariş edəcək. Baş məşqçi Qurban Qurbanov Romaoya şan verəcəyi təqdirdə, 24 yaşlı yarımmüdafiəçi meydanda olacaq.

“Qarabağ” “Sürix”ə qarşı ilk oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43