Kateqoriyasız

“Qəbələ” – “Borussiya”: hakimlər müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qəbələ” – “Borussiya” (Dortmund) matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumata görə, oktyabrın 22-də, Bakıda keçiriləcək oyunu xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim: İvan Bebek

Köməkçi hakimlər: Tomislav Petroviç və Miro Qrqiç

Dördüncü hakim: Qoran Pataki

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43