İdman

“Qəbələ” Sloveniya toplanışına start verdi

2018-2019 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” Sloveniya toplanışına start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bir həftəlik Qəbələ toplanışının ardından Sloveniyaya yollanan “qırmızı-qaralar” Moravske Toplitse bölgəsində “Hotel Ajda”da məskunlaşıblar.

Sənan Qurbanovun komandası günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısında baş tutan məşqə fiziki təmrinlərlə başlayan komandanın üzvləri, daha sonra toplu çalışmalar yerinə yetiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43