İdman

“Qəbələ” “Zirə”nin önəmli futbolçusunu “oğurladı” – FOTO

“Qəbələ” milli komandamızın üzvü Təmkin Xəlilzadəni transfer edib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb.
Son klubu “Zirə” olan 24 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
Təmkin indiyədək “Qarabağ”, AZAL və “Zirə”nin heyətində çıxış edib. Mövsümün ilk yarısında 4 qol vuran futbolçu, iki qol ötürməsi edib.
O, Azərbaycan milli komandasının San-Marino və Almaniyaya qarşı keçirdiyi oyunlarda meydana çıxıb. Almaniya ilə oyunda vurulan yeganə qolun ötürməsi onun aktivinə yazılıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43