Kateqoriyasız

“Qəbələ”nin “Simurq”la 29-cu dueli

Azərbaycan Premyer Liqasının XXI turunda “Qəbələ” “Simurq”la qarşılaşacaq. 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisi ilə səfərdə görüşəcək “qırmızı-qaralar” tarixində 29-cu dəfə bu rəqiblə üz-üzə gələcək. 
İlk dəfə 12 il əvvəl – hər iki komanda I dəstədə çıxış etdiyi vaxt görüşən rəqiblər müxtəlif yarışlarda üst-üstə 28 dəfə üz-üzə gəlib. Baş tutan oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 12 qələbə qazanan komanda 7 heç-heçə ilə kifayətlənib və 9 dəfə məğlub olub. Son 3 matçda meydanı qolsuz tərk etməyən “qırmızı-qaralar” rəqib qapısına 32 qol vurub, 25 dəfə topu qapısında görüb.

Bu 32 topdan biri zaqatalalıların avtoqoludursa, digər 31 topa 26 oyunçu imza atıb. Dodo “Simurq”la matçlarda hamıdan çox – 3 dəfə sevinib. Deon Barton, Daniel Subotiç və Kristian Torres hərəyə 2 dəfə fərqlənib
15-ci dəfə “Simurq”un qonağı olacaq “Qəbələ” səfərdə 4 qələbə qazanıb, 5 heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Rəqib meydanındakı son 3 görüşdə uduzmayan, bu qarşılaşmalarda cəmi 1 qol buraxan “qırmızı-qaralar” top fərqində geridədir – 12:14. 
İki dəfə I dəstə, 2 dəfə kubokda qarşılaşan komandalar Premyer Liqa çərçivəsində ilk dəfə 2006-cı ildə üz-üzə gəlib. Bu 9 ildə 24 dəfə görüşən rəqiblər yubiley – 25-ci duelə çıxacaq. Çempionatda daha çox – 9 qələbəsi olan “Qəbələ” 8 dəfə məğlub olub. 7 dəfə sülhlə kifayətlənən rəqiblərin matçlarında komanda daha məhsuldar olub – 25:22.


2005/06. Birinci dəstə.
05.10.2005. Göy-Göl (Xanlar) – Simurq (Zaqatala) – 2:0
Oleq Osadçi, 56, Rövşən Əhmədov, 58
2005/06. Birinci dəstə.
01.03.2006. Simurq (Zaqatala) – Gilan (Xanlar) – 1:3
Ramin Nəsibov, 56-p. – Rövşən Vəliyev, 45+1, Rəşad Yusubov, 72-p., Əli Abışov, 76
2006/07. Premyer Liqa.
23.10.2006. Gilan (Qəbələ) – Simurq (Zaqatala) – 1:2
Rəhman Əzizov, 65 – Elnur Məmmədov, 2, Ramin Nəsibov, 75
2006/07. Premyer Liqa.
07.04.2007. Simurq (Zaqatala) – Gilan (Qəbələ) – 3:1
Ramin Nəsibov, 50, 59, Aqşin Ömərov, 52 – Vitali Balamestnı, 28 
2007/08. Premyer Liqa.
15.09.2007. Simurq (Zaqatala) – Qəbələ – 2:0
Ramil Sayadov, 21, Andrey Danayev, 67
2007/08. Azərbaycan kuboku, 1/8 final.
24.10.2007. Qəbələ – Simurq (Zaqatala) – 1:0
Abdulkader Öz, 9
2007/08. Azərbaycan kuboku, 1/8 final.
31.10.2007. Simurq (Zaqatala) – Qəbələ – 2:1
Samir Musayev, 79, Aleksandr Malıgin, 90+4 – Abdulkader Kamara, 76,
2007/08. Premyer Liqa.
27.04.2008. Qəbələ – Simurq (Zaqatala) – 1:0
Şəhruz Mustafayev, 63
2008/09. Premyer Liqa.
23.11.2008. Qəbələ – Simurq (Zaqatala) – 0:0
2008/09. Premyer Liqa.
11.05.2009. Simurq (Zaqatala) – Qəbələ – 1:0
Vladimir Mazyar, 84
2009/10. Premyer Liqa.
16.08.2009. Qəbələ – Simurq (Zaqatala) – 2:1
Kənan Kərimov, 11; İqor Melnik, 23 – Sergey Artyux, 34
2009/10. Premyer Liqa.
28.11.2009. Simurq (Zaqatala) – Qəbələ – 1:1
Elşən Məmmədov, 47 – Aleksandr Malıgin, 86 (ö.q.)
2010/11. Premyer Liqa.
01.10.2010. Simurq (Zaqatala) – Qəbələ – 0:2
Saşa Yunisoğlu, 14; Terri Kuk, 85
2010/11. Premyer Liqa.
27.11.2010. Qəbələ – Simurq (Zaqatala) – 4:0
Deon Barton, 30 (p.); 61 (p.); Kristian Torres, 55; Arif İsayev, 90
2010/11. Premyer Liqa.
17.04.2011. Qəbələ – Simurq (Zaqatala) – 3:0
Milan Antiç, 34; Lyuba Baranin, 55; Kristian Torres, 88
2010/11. Premyer Liqa.
30.04.2011. Simurq (Zaqatala) – Qəbələ – 0:0
2011/12. Premyer Liqa.
29.10.2011. Qəbələ – Simurq (Zaqatala) – 0:2
Yevgeni Şmakov, 40; Robertas Poşkus, 59
2011/12. Premyer Liqa.
16.02.2012. Simurq (Zaqatal) – Qəbələ – 0:1
Viktor Mendi , 81
2012/13. Premyer Liqa.
04.08.2012. Simurq (Zaqatala) – Qəbələ – 1:1
İlkin Qırtımov, 66 – Dejan Kelhar, 15
2012/13. Premyer Liqa.
16.12.2012. Qəbələ – Simurq (Zaqatala) – 0:1
Mario Bojiç, 77
2012/13. Premyer Liqa.
05.04.2013. Qəbələ – Simurq (Zaqatala) – 1:1
Rodriges Assis, 54 – Tomislav Buşiç, 90
2012/13. Premyer Liqa.
03.05.2013. Simurq (Zaqatala) – Qəbələ – 2:0
Nicat Qurbanov. 54; 68
2013/14. Premyer Liqa.
29.09.2013. Simurq (Zaqatala) – Qəbələ – 0:0
2013/14. Premyer Liqa.
08.12.2013. Qəbələ – Simurq (Zaqatala) – 2:1
Daniel Subotiç, 52; 90+3 – Amid Quluzadə, 65 (ö.q.)
2013/14. Premyer Liqa.
28.02.2014. Simurq (Zaqatala) – Qəbələ – 0:0
2013/14. Premyer Liqa.
27.04.2014. Qəbələ – Simurq (Zaqatala) – 1:0
Dodo, 57
2014/15. Premyer Liqa.
13.09.2014. Simurq (Zaqatala) – Qəbələ – 1:2
Rəşad Eyyubov, 7 (pen) – Dodo, 68, 80 
2014/15. Premyer Liqa.
23.11.2014. Qəbələ – Simurq (Zaqatala) – 2:3
Ekiqo Ehiosun, 40; Bəxtiyar Soltanov, 90+2 – Marko Stanoyeviç, 7; Draqan Çeran, 79; 83


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43