Kateqoriyasız

“Qəbələ”nin yeni transferi qol vurdu

“Qəbələ” 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Bakıda keçirilən təlim-məşq toplanışını ikinci yoxlama matçı ilə yekunlaşdırıb.

Roman Qriqorçukun komandası 2 gün öncə olduğu kimi yenə “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. “Qəbələ” oyunun hər hissəsinə fərqli heyətlə çıxıb. Qarşılaşma “qırmızı-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. “Qəbələ”nin qollarına yeni transfer Filip Ozobiç, Vitali Vernidub və Ehtiram Şahverdiyev imza atıblar.

Paytaxtdakı toplanışı başa vuran “Qəbələ” yeni mövsümə hazırlığın ikinci mərhələsini Gürcüstanda keçirəcək. Sabah Tbilisidəki toplanışa start verəcək “qırmızı-qaralar” iyunun 26-dək keçəcəyi hazırlıq prosesində 3 yoxlama matçında qüvvəsini sınayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43