Kateqoriyasız

Qvardiolanın İngiltərə sevdası

“Bavariya” nın baş məşqçisi Pep Quardiola klubdan ayrılmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli çalışdırıcının ötən günlərdə klub rəhbərliyi ilə görüşündən nəticə çıxmadığı aydın olub.

Bu səbəbdən Quardiola “Mançester Siti” klubu ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.

İspaniyanın başqa mətbu orqanları isə Quardiolanın mövsümün sonu “şəhərlilər”lə müqavilə bağlamaq fikrində olduğunu və ən böyük arzusunun İngiltərə çempionu olmaq istədiyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43