Ölkə futbolu

Rasim Ramaldanovun komandası ilk turda qalib gəldi

Azərbaycanlı futbolçu Rasim Ramaldanov Gürcüstan çempionatında debüt edib. 

İdmanxeber.com-un məlumatına görə, yay fasiləsində “Kolxeti” klubu ilə anlaşan millimizin sabiq üzvü 2016-17 mövsümünün 1-ci turunda “Zuqdidi” ilə səfər qarşılaşmasında meydana çıxıb.

 

Start heyətində meydana daxil olan millimizin sabiq üzvü 73 dəqiqə mübarizə aparıb. Həmin dəqiqədə 30 yaşlı futbolçunu komanda yoldaşı Aliko Çakvetadze əvəzləyib. Oyun isə “Kolxeti”nin qələbəsi ilə yekunlaşıb.

 

Poti klubuna 3 xalı gətirən yeganə qola 26-cı dəqiqədə Omar Qoqonaya penaltidən imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43