Ölkə futbolu

“Rəvan” seçimini etdi – FOTO

“Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı təsdiqlənib.

“Aslanlar” yanvarın 5-də toplaşaq. Hazırlığın ilk mərhələsi 5-12 yanvarda, “Dalğa Arena”da olacaq.

Təlim-məşq toplanışın ikinci mərhələsi isə yanvarın 14-dən 26-na qədər Türkiyənin Antalya şəhərində reallaşacaq. Artıq komandanın qardaş ölkədə məskunlaşacağı məkan da müəyyənləşib. Belə ki, “Rəvan” ulduzlu “Rixos Lares Hotel”də qalacaq.

“Rəvan” Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma rəqiblər dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43