İdman

Ronaldinyo: “Qəbələ”nin uşaqlarının parladığını görəcəyik”

Məşhur braziliyalı futbolçu Ronaldinyo Azərbaycana bu həftə həyata keçirdiyi səfərindən çox razı qalıb.

İdmanxeber.com-un məlumatına görə, əfsanəvi dünya çempionu “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq futbol akademiyası ilə bağlı paytaxtımıza səfəri çərçivəsində Bakı Olimpiya Stadionunda “qırmızı-qaralar”ın U-15 komandasının məşqində iştirak edib.

Ronalindo şəxsi saytında həmin məşqdən çəkilmiş fotonu paylaşıb və təəssüratlarını yazıb: “Arzuların həyata keçdiyini görmək çox sevindiricidir. Ən çox sevdiyim idman növünün inkişafında rol oynamaq xoşdur. Ümid edirəm ki, yaxın zamanda bu uşaqların meydançada parladığını görəcəyik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43