Dünya futbolu

Ronaldo qələbə qolunu vurdu, səcdəyə getdi – VİDEO

Səudiyyə Ərəbistanı çempionatının 28-ci turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşündə “Əl Nəsr” doğma meydanda “Əl Şabab”ı qəbul edib. Ev sahibi komanda oyunda 0:2 geriyə düşsə də, matçdan 3:2 hesabı ilə qalib ayrıla bilib.

“Əl Nəsr”in qələbə qolunu Kristiano Ronaldo vurub. Ulduz futbolçunun qol sevincini səcdəyə gedərək qeyd etməsi sosial şəbəkələrdə ciddi baxış toplayıb. 

Xatırladaq ki, çempionatın  bitiminə 2 tur qalmış “Əl Nəsr” lider “Əl İttihad”dan 3 xal geri qalır.

Həmin anları təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43