Dünyadan

Ronaldo “Qızıl top”un təqdimat mərasimində iştirak etməyəcək

Madrid Realının forvardı Kriştiano Ronaldo bu gün Parisdə keçiriləcək “Qızıl top” mükafatının təqdimat mərasiminə qatılmayacaq.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı futbolçu komandasıyla klublararası dünya çempionatında iştirak üçün Tokioya yollanıb.

Məlumata görə mükafat məhz Ronaldoya verilməlidir. O , artıq cümə axşamı Madriddə fotosesiya edib və mərasimə skaypla qatılmalıdır.

Qeyd edək ki, mərasim Bakı vaxtilə saat 23-00-da başlayacaq. Mükafata Antuan Qrizman və Lionel Messi də iddialıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43