Dünyadan

Ronaldo və Ramos “Sevilya”ya qarşı oynamayacaq

“Real” İspaniya kubokunun 1/8 finalında “Sevilya” ilə ilk oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Zidan müdafiəçisi Serxio Ramosun köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun zədələnməsidir. Bundan əlavə, sözügedən matçda Kriştiano Ronaldo da iştirak etməyəcək. Komandanın baş məşqçisi Zinəddin Zidan dekabrın 27-dən ulduz futbolçuya istirahət verib.

Qeyd edək ki, “Real” – “Sevilya” görüşü yanvarın 4-ü keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43