Milli komanda

Rövnəq Abdullayevdən Prosineçkiyə qadağa

AFFA prezidenti Rövnəq Abdullayev millimizin baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”a keçidinə icazə verməyib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, 48 yaşlı xorvatiyalı mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi R.Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlundan kömək istəyiblər.

Qeyd edək ki, 2014-cü ildən millimizi çalışdıran R.Prosineçkinin AFFA ilə müqaviləsi bu ilin sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43