İdman

Rüstəm Orucov finalda

Azərbaycanlı cüdoçu Rüstəm Orucov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin finalına yüksəlib.

İdmanxeber.com xəbər verir ki, 73 kq çəkinin həlledici görüşündə R.Orucovun rəqibi isveçli Tommi Makias olacaq.

R.Orucov 1/8 finalda rəqibi olmadığından, mübarizəyə 1/4 final mərhələsindən start verib. Daha bir azərbaycanlı cüdoçu Fəqan Quluzadə 1/8 finalda pakistanlı Nadim Akramdan üstün olub. Nəticədə Azərbaycanın iki idmançısı 1/4 finalda üz-üzə gəlib. R.Orucov F.Quluzadəni məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda BƏƏ idmançısı Viktor Skvortovdan güclü olub.

F.Quluzadə ilkin təsəlliverici görüşdə braziliyalı Aleks Villiam Pombo Silvaya qalib gəlib. Azərbaycan idmançısı bürünc medal uğrunda rusiyalı Musa Moquşkovla üz-üzə gələcək.

81 kq çəkidə yarışan Elvin Əhmədli və Ruslan Fərruxzadə ilk görüşdə məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43