Dünyadan

Messidən Fatih Terimə mesaj

"Barselona”nın futbolçusu Lionel Messi komanda yoldaşı Arda Turan haqda danışıb.

 

İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçu Ardanın milli komandadan kənarda qalmasına münasibət bildirərkən onun yenidən milliyə qayıdacağına inandığını deyib: "Arda çox önəmli futbolçudur. Hər birimiz onun xüsusi futbolçu olduğunu bilirik. O, "Barselona”ya transfer olunduqdan sonra 6 ay futbol oynamadı. Arda "Barsa” üçün çox önəmli fubolçudu. O, burada "Atletico”da etdiklərindən daha yaxşı işlər görəcək. Mövsümə yaxşı başlayıb, qolar vurur və məhsuldar ötürmələr edir. Arda bəzən mənim, bəzən Neymarın, bəzən də İnyestanın yerində oynayır. Bunu heç bir futbolçu bacara bilməz. Onun hansı səbəbdən milliyə dəvət almadığını bilmirəm. İnanıram ki, Arda yenidən milli komandaya dəvət alacaq”. 
 
Qeyd edək ki, Arda yayda Fransada təşkil olunan Avropa çempionatından sonra baş məşqçi Fatih Terim tərəfindən milliyə çağırılmır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43