“Sabah” 17 gün öncə heyətinə cəlb etdiyi xorvatiyalı yarımmüdafiəçi Yosip Baliçlə müqaviləyə xitam verib.
Bu barədə Sportlife.az-a müsahibəsində futbolçunun özü məlumat verib. Baliç bildirib ki, onunla 2 illik rəsmi müqavilə bağlansa da, 2 həftə sonra Elşad Əhmədov onunla müqaviləyə xitam verilməsini tələb edib.
Maraqlıdır ki, Əhmədov səbəb olaraq, futbolçunun onun oyun üslubuna uyğun gəlməməsini gətirib. Ən maraqlısı da odur ki, o, bu fikrə futbolçuyla müqavilə bağlanıldıqdan sonra gəlib.