Kateqoriyasız

Şahin Diniyevin “Səbail”lə bağladığı müqavilənin detalları

“Səbail”də yeni baş məşqçi Şahin Diniyevlə müqavilənin detalları açıqlanıb.

İdmanxeber.az “dənizçilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Şahin Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43