Dünya futbolu

“Sane bu mövsüm ən yaxşı oyunçumuzdur” – Harri Keyn

“Bavariya”nın hücumçusu Harri Keyn komanda yoldaşı Leroy Sanenin cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli forvard Leroyla çox yaxşı anlaşdıqlarını bildirib:

“Sane bu mövsüm bizim ən yaxşı oyunçumuzdur. O, fantastikdir. O, bacarığına görə bizim üçün çox vacib oyunçudur. Bu gün o, mənə yenidən iki məhsuldar ötürmə verdi və bu əladır. Ümid edirəm ki, biz bu əlaqəni davam etdirəcəyik”.

Bu mövsüm Sane “Bavariya”nın heyətində bütün turnirlərdə 19 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun Münhenlə müqaviləsi 2025-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43