İdman

“Səbail” bu gün hansı futbolçusu ilə yollarını ayıracaq? – ÖZƏL

Daha əvvəl Eqdaras Jarskis, Renan Telles, Amit Quluzadə kimi futbolçularla yollarını ayıran “Səbail” bu gün növbəti oyunçusu ilə vidalaşacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Yamin Ağakərimzadəni yola salacaq. Futbolçu ilə bu gün müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsi barədə söhbət aparılacaq. Çox güman ki, yaxın günlər ərzində Yaminin “Səbail”dən ayrılması xəbəri rəsmiləşəcək.

Futbolçu ilə I Divizion klubları yaxından maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43