İdman

“Səbail”in yeni transferi ölkəsinin ən yaxşılarından seçildi

 “Səbail”in qış transfer pəncərəsində heyətinə qatdığı türkmənistanlə Vaxıt Orazsaxedov 2017-ci ilin yekunlarına əsasən tərtib olunan siyahıda ən yaxşı futbolçular sırasında öz yerini alıb.

İdmanxeber.com-un məlumatına görə, “turkmenportal.com”un oxucular arasında keçirdiyi sorğuda 26 yaşlı hücumçu ilk “10-luğ”a daxil olub. O, 15 səslə 8-ci olub.

Türkmənistanın “Şaqadam” klubunda çıxış edən Əmir Qurbani 191 səslə birinci, “Axal”dan Murad Annayev 99 səslə ikinci, “Şaqadam”ın digər oyunçusu Süleyman Muxadov isə 27 səslə üçüncü yeri tutub.

Qeyd edək ki, Rusiyanın “Rubin”, Moldovanın “Daçiya” və Türkiyənin “Osmanlıspor” klublarının şərəfini qorumuş Vaxıt Orazsaxedov 3 dəfə Türkmənistan milli komandasının da formasını geyinib. O, millidə 2 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43