Ölkə futbolu

Şehiç 100-ə çatdı

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “İnter”lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. 3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/14 mövsümündən “Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.

O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legioner qapıçı olub. İbrahimə qədər yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. “İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb.

Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43