Kateqoriyasız

“Simurq” “İnter”lə matça hazırdı

Azərbaycan Premyer Liqasının XXIV turunda “İnter”in qonağı olacaq “Simurq” bu gün son məşqinə çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın keçirələcəyi “İnter Arena”da çalışmaları tamamlayan “Simurq” bir saata yaxın davam edən hazırlıqlığa isinmə hərəkətləri ilə başlayıb.

Daha sonra qruplara bölünərək “kvadrat” və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar və onların qapanması tapşırığı yerinə yetirilib.

Son məşqdə yalnız zədə səbəbindən heyətdən ayrı düşən Əli Gökdəmir iştirak etməyib. Milli komandaların düşərgələrində olan Rəşad Eyyubov, Vüqar Mustafayev və Vadim Abdullayevdə artıq düşərgəyə qayıdıb və son məşqdə iştirak edib.

Qeyd edək ki, “İnter” – “Simurq” oyunu sabah saat 15:00-da start götürəcək. Qarşılaşmanını baş hakimi Əliyar Ağayev olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43