Kateqoriyasız

“Simurq” “Neftçi” ilə oyuna itkilərlə hazırlaşır

Premyer Liqamızda milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Simurq” dörd günlük istirahətdən sonra yenidən bir araya gəlib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, növbəti turda doğma arenada “Neftçi” ilə qarşılaşmaya hazırlaşan Zaqatala  təmsilçisi fasilə müddətində bir yoldaşlıq oyunu keçirməyi nəzərdə turub. Rəqibin kimliyi ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Dünənki məşqdə yığma komandaların düşərgəsində olan Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim Abdullayev iştirak etməyib. Həmçinin son oyunda zədələnərək matçı yarımçıq tərk edən Tural Axundov, Murad Səttarlı və Banas Adam hazırlığa qoşulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43