Kateqoriyasız

“Simurq”un “siftə”si qələbə oldu

Sloveniyada təlim-məşq toplanışında olan “Simurq” klubu bu gün ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubunun ilk sınaqçı rəqibi Sloveniyanın birinci liqasında mübarizə aparan “Alumıniy” olub.

Qarşılaşma Bakı vaxtı ilə aat 22:00-da başlayıb və komandamız minimal hesabla rəqibini məğlub edib – 1:0.

Qeyd edək ki, “Simurq” hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcək.

6 iyul

Yoxlama oyunu

20:00. "Simurq" – "Alumıniy" 1:0

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43