Dünyadan

SON: PSJ “Barselona”nın ulduz futbolçusunun transferini bitirdi

Yayda "Barselona"dan ayrılacağı gözlənilən Dani Alveş PSJ-yə transfer olunur.

İdmanxeber.com-un məlumatına görə, belə bir iddia ilə Fransnın “L'Equipe” qəzeti çıxış edib.

Kataloniya klubunun sağ cinah futbolçusu 6 illik "Barselona" karyerasına Paris klubuna transfer olunmaqla son qoymaq üzrədi. Alveşin yayda "Nou Kamp"la vidalaşacağı dəqiqləşib.

Futbolçunun özü də yayda "Barsa"dan ayrıla biləcəyini bildirmişdi. 

Qeyd edək ki, Alveş "Barselona"da 286 oyun keçirib, 21 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43