Kateqoriyasız

“Sumqayıt” Avroliqadakı debüt oyununda “2” aldı

Bu gün Avropa Liqasının I təsnifat mərhələsi start götürüb.

İdmanxeber.az-ın məlumatına görə, ilk dəfə bu turnirdə ölkəmizi təmsil edən “Sumqayıt” da bu gün meydana çıxıb.

Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 0:2.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi

20:00. “Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) – 0:2
Qol:
 Besart İbrahimi, 56-pen (0:1), L.Doriev, 89- pen. (0:2)
Hakimlər: Arman İsmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt. “Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43