Kateqoriyasız

“Sumqayıt” – “Vardar” oyunu “CBC Sport”da

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt”  sabah növbəti yoxlama oyununu keçirəcək.

İdmanxeber.az-ın kubun saytına istinadən yaydığı xəbərə görə, Makedoniya təmsilçisi “Vardar”la matçın vaxtı və məkanı bəlli olub.

Görüş Manavgat şəhər stadionunda yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) start götürəcək. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43