İdman

Superliqada klub prezidenti silahla meydana daxil oldu, qarşılaşma yarımçıq qaldı – FOTO

Yunanıstan çempionatı qalmaqallı hadisə ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, Superliqanın 25-ci turu çərçivəsində baş tutan PAOK – AEK matçı sona qədər oynanılmayıb. PAOK-un son dəqiqədə vurduğu qol qaydalar çərçivəsində sayılmayıb.

Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində silahı da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43