Dünyadan

Tərlan Əhmədov “Portu”nun oyununu izlədi

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “Pasuş de Ferreyra”nın düşərgəsində olan T.Əhmədov fürsətdən istifadə edərək Primeyra Liqanın 2 matçını stadiondan canlı izləyib.

O, əvvəlcə “Portu” – “Sportinq” (3:0), sonra isə “Belenenseş” – “Pasuş de Ferreyra” (0:1) görüşlərində stadionda olub.

Qeyd edək ki, T.Əhmədov dünən gecə saatlarında vətənə qayıdıb. O, bu gün AZAL-ı “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43