Kateqoriyasız

“Tottenhem”lə oyun öncəsi “Qarabağ” üçün şad xəbər

Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ı bir müddətdir ki, zədəli olan futbolçuları sevindirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunda zədəlilər – Maksim Medvedev və Əl-Jadeyaui artıq sıraya dönüblər.

Qurbanov Londonda “Tottenhem”ə qarşı oyunda sözügedən futbolçuların xidmətindən istifadə edə biləcək.

Qeyd edək ki, “Qarabağ” bu gün “Xəzər Lənkəran”la qarşılaşacaq və Qurbanov sözügedən futbolçuları riskə atmamaq üçün meydana buraxmayacağı gözlənilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43