Ölkə futbolu

Türk klubuna keçən futbolçu idmanxeber.com-a danışdı: “…hər futbolçuya qismət olmaya bilər”

Xəbər verdiyimiz kimi "Bakı"nın gənc hücumçusu Nurlan Novruzov Türkiyənin PTT birinci liqasında mübarizə aparan "Fəthiyəspor" klubuna icarə əsasında keçdi. Türk klubu ilə iki illik müqavilə imzalayan Novruzov idmanxeber.com-a maraqlı açıqlamalar verdi:

"Bu kluba keçməyimdə köməyi olanlardan biri də "Sumqayıt"ın prezidenti Kamran Quliyevdir. Bu klubda daimi oynayırdım. Türk klublarının menecerləri oyunlarımızı izləyirdilər və komandanın baş məşqçisi Aqil Məmmədovun mənə şans verməsi, güvənməsi özümdə əlavə güc yaradırdı. Bunun nəticəsində türk menecerlər mənimlə söhbət etməyə başladılar. Türkiyədə oynamağım çətin görünürdü. Çünki müqavilə ilə məxsus olduğum "Bakı" klubunun icazəsi olmadan ora gedə bilməzdim. Sağolsun rəhbərlik, mənə kömək etdi və "Fəthiyəspor"da oynamağıma şərait yaratdılar. "Bakı" klubu mənim doğma evimdir. Bu klubun haqqını verəcəm. Aqil Məmmədov kimi məşqçiylə işləmək hər futbolçuya qismət olmaya bilər. Ona görə, çox xoşbəxtəm".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43