Ölkə futbolu

Türkiyə klubu Riçard Almeydanı transfer etməyə hazırlaşır

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldonun “Adanaspor”a transferi haqda məlumatlısız.

İdmanxeber.com-un məlumatına görə, Super Liqa təmsilçisi yenə də Ağdam klubunun qapısını döymək niyyətindədir. Adanalılar komandanın onurğa sütunu olan Riçard Almeydanı transfer etmək istəyir. "Adanaspor"un baş məşqçisi Levent Şahin rəhbərlikdən bu transferin reallaşmasını tələb edib.

Reynaldonu 500 min avro qarşılığında "Adanaspor"a satan "Qarabağ" Almeydanı əldən buraxmaq niyyətində deyil. Üstəlik, braziliyalının yayda ölkəmizdə legioner həyatını yaşamasının 5-ci ili tamam olacaq və milli komandamızın futbolçusu ola biləcək.

Qeyd edək ki, Almeyda 2012-ci ildən "Qarabağ"da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43