Dünya futbolu

UEFA-dan “Qalatasaray”a xəbərdarlıq!

Çempionlar Liqasında  mübarizə aparan “Qalatasaray”a UEFA tərəfindən xəbərdarlıq edib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə,qitənin ali futbol qurumu “Cim-Bom”un ev oyunlarını keçirdiyi “Türk Telekom Arena”nın ot örtüyündə keçən mövsüm yaşanan problemlərin təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülməsini tələb edib.

Əgər bu hal yenə təkrarlanarsa, İstanbul klubu öz oyunlarını başqa stadionda keçirməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43