Dünya futbolu

“Uğur qazana bilməyimizə bir sıra amillər əngəl oldu”

Həmyerlilərimiz Arif İsayev Saşa Yunisoğlunun formasını geyindiyi “Dənizlispor”un baş məşqçisi Sərdar Dayat istefa verib.

O, istefa verməsinə əsas səbəb kimi istənilən transferlərin edilməməsini göstərib:

“Mən yaxşı işlər görməyə çalışdım, amma olmadı. Problemlər üst-üstə gəldi. Fərdi amillərlə yanaşı, komanda olaraq uğur qazana bilməyimizə bir sıra amillər əngəl oldu. “Bucaspor”la matçda sonra istefa verməyi düşünürdüm. Ancaq oyunçularımı düşünərək davam etməyə qərar verdim. Lakin yenə də problemlər həll olunmadı. Klubun önünü açmaq üçün istefa verdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43