İdman

Ukrayna millisi Rusiya ilə matça çıxmadı və …

Ukraynanın kişilərdən ibarət qılıncoynatma millisinə dünya kubokunda texniki məğlubiyyət verilib.

İdmanxeber.az “sport.ua” saytına istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən yarışda Ukrayna millisinin üzvləri Rusiya ilə 1/8 final görüşünə çıxmaqdan imtina edib.

Ukraynalı idmançılar ruslarla qarşılaşmaqdan imtina etdikləri üçün texniki məğlubiyyət alıblar.

Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43