İdman

və yenidən İlham Zəkiyev

Rio Olimpiadasında Azərbaycan Paralimpiya yığmasının bayraqdarı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu missiya yenə cüdoçu İlham Zəkiyevə tapşırılıb.

İkiqat Paralimpiya, ikiqat dünya, 6 qat Avropa çempionu, eyni zamanda I Avropa Oyunlarının qalibi Zəkiyev 3-cü dəfə Paralimpiadada bayraqdar olacaq.

Qeyd edək ki, Rio Paralimpiadası 7-18 sentyabr tarixlərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43