Kateqoriyasız

Xərçəng xəstəliyi olan azərbaycanlı futbolçunun son durumu

“Rüfət Moskvada idi, kimyaterapiya keçir. İndi isə Bakıdadı”.

İdmanxeber.com-un məlumatına görə, bunu futbolçu Rüfət Musayevin vəziyyəti ilə bağlı açıqlama verən AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib. Klub rəsmisi dirsək nahiyəsində şiş aşkarlanan müdafiəçinin durumunun hazırda yaxşı olduğunu bildirib: “Mənə elə gəlir ki, 4-cü kimya terapiyasından sonra vəziyyəti müsbətə doğru gedir. Onunla həmişə maraqlanırıq. Ağır prosedurlardı, amma inanırıq ki, yaxşı olacaq və Rüfət yenidən sıralarımıza qayıdacaq”.

F.Hüseynov komandanın zədəli üzvü, Ukraynanın paytaxtı Kiyevdə əməliyyat olunmuş Taqim Novruzovun durumuna da aydınlıq gətirib. O bildirib ki, futbolçunun vəziyyəti normaldı və aprelin 19-da Bakıya qayıdacaq.(Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43