Ölkə futbolu

“Xəzər Lənkəran” azarkeşlərinin nəzərinə: futbolçular “Fırtınalar meydanı”nda nə edəcək?

“Neftçi”ni məğlub edərək Superkuboka sahib çıxan “Xəzər Lənkəran” artıq Lənkərandadır.

Cənub klubu Premyer Liqanın XII turu çərçivəsində öz meydanında keçirəcəyi “Qarabağ”la oyundan öncə Naxçıvanda qazanılan kuboku “Fırtınalar meydanı”nda azarkeşlərə bir daha nümayiş etdirəcəklər. 

“Xəzər Lənkəran”ın futbolçuları həmin kuboku stadionda dövrə vuraraq, azarkeşlərlə bir daha bu sevinci yaşayacaqlar.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu oktyabrın 27-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43