Kateqoriyasız

“Xəzər Lənkəran” Tounkarasız başladı

Premyer Liqanın I turunda “İnter” üzərində qazandığı möhtəşəm qələbə sonrası sərbəst buraxılan “Xəzər Lənkəran” avqustun 12-də bir araya gəlib.

İdmanxeber.com-un məlumatına görə, komanda günün ikinci yarısında toplanıb. Saat 19:00-da isə zədəli Sadio Tounkara istisna olmaqla bütün heyətlə məşqə başlayıb.

Stadionun ehtiyat meydançasında keçirilən hazırlıq prossesi əsasən fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olub. Məşqdən az öncə Bakıdan Lənkərana gələn L’imam Şeydi komanda yoldaşlarına qoşulub.(12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43