Ölkə futbolu

“Xəzər Lənkəran” zədəliləri milliyə çağırıldı

“Xəzər Lənkəran”ın iki futbolçusu – Rasim Ramaldanov və Rahid Əmirquliyev yığmaya dəvət olunub.

İdmanxeber.com-un məlumatına görə, hazırda zədəli olan oyunçular tez bir zamanda sağalacağı halda  BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.

Qeyd edək ki, yığmamız hazırlıq çərçivəsində 05.03.2014-cü il tarixdə Filippin yığması ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43