Ölkə futbolu

“Xəzər Lənkəran”da daha bir itki: “Qarabağ”la matçda forma geyinəcəkmi?

Premyer Liqanın 17-ci turunda "Qarabağ"ı qəbul edəcək "Xəzər Lənkəran"ın müdafiəçisi Tural Cəlilovun bu matçda forma geyməsi sual altındadı.

İdmanxeber.com-un məlumatına görə, "Bakı" ilə matçda zədələnsə də Oğuz Çətin tərəfindən sonadək oynadılan futbolçunun zədəsi barədə hələki dəqiq məlumat yoxdu. Turalın "Qarabağ"la matçda oynuyub-oynamamasına matç günü aydınlıq gələcək.

Qeyd edək ki, "Xəzər Lənəran" – "Qarabağ" matçı dekabrın 18-i saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43